"Ayaks"ın idman direktoru Mark Overmars adı klubla hallanan Münhen "Bayern"inin hücumçusu Tomas Müllerlə bağlı açıqlama verib.

 

Klub rəsmisi 30 yaşlı futbolçu "Ayaks"a gəlsə, bundan məmnun olacaqlarını deyib:

 

"Məncə, Müller "Bayern"in sisteminə, mentalitetinə uyğun futbolçudur. Əgər bizə keçmək istəsə, mənimlə əlaqə saxlaya bilər. "Ayaks"ın qapıları ona daim açıqdır".

 

11 yaşından "Bayern"də olan almaniyalı futbolçunun klubla 2 illik müqaviləsi mövcuddur.